Zaqatalada tibb bacısı dəm qazından boğulub

12:48 - 4 Yanvar 2023 - HADİSƏ

Zaqatalada tibb bacısı dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri Cavadxan küçəsində baş verib. 1981-ci il təvəllüdlü Əminə Fidail qızı Qardaşova yaşadığı ünvanda dəm qazından boğularaq ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Əminə Qardaşova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışırmış.

Xəbər xətti