Bakıda“VAZ” aşıb, sürücü və sərnişini ölüb

22:20 - 3 Yanvar 2023 - HADİSƏ

Bakının Suraxanı rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Əhmədov Eldəniz Umud oğlu idarə etdiyi “VAZ” markalı avtomobildə sükana nəzarəti itirib.

Nəticədə maşın aşıb.

Qəza zamanı E.Əhmədov və hələlik şəxsiyyəti bilinməyən sərnişin hadisə yerində ölüb.

Digər sərnişin 1967-ci il təvəllüdlü Qurbanov Oqtay Süleyman oğlu ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Xəbər xətti