Gədəbəydə 4 nəfər dəm qazından zəhərlənib

20:28 - 3 Yanvar 2023 - HADİSƏ

Gədəbəydə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

4 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslər rayonun müxtəlif kəndlərinin sakinləri: 1975-ci il təvəllüdlü Mübariz Alıyev, 1995-ci il təvəllüdlü Vüsalə Vəlixanova, 1980-ci il təvəllüdlü Vüsalə Cəfərova və 2006-ci il təvəllüdlü Aydan Cəfərovadır.

Onların vəziyyətinin kafi olduğu bildirilir.///apa

Xəbər xətti