Partlayışda ölən polis imiş

18:53 - 2 Yanvar 2023 - HADİSƏ

Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər həlak olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, partlayışda həyatını itirən şəxs polis nəfəri Məhəmməd Babayev olub. O polis bölmələrindən birində sürücü vəzifəsində xidmət edib.

Qeyd edək ki, hadisə yaşayış binasının 18-ci mərtəbəsində yerləşən mənzildə baş verib. İlkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.

Xəbər xətti