Şəkidə usta iş yerində intihar etdi

18:52 - 2 Yanvar 2023 - HADİSƏ

Şəki 56 yaşlı kişi intihar edib.

“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki şəhərində qeydə alınıb.

Belə ki, Şəki şəhər sakini, 1967-ci il təvəllüdlü Bəxtiyar Hüseynov usta fəaliyyəti ilə məşğul olduğu iş yerində özünü asıb.

Məlumata görə, intihar edən 56 yaşlı B. Hüseynov uzun illər usta kimi fəaliyyət göstərib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti