Bakıda “Range Rover”dən oğurluq edilib

11:41 - 2 Yanvar 2023 - HADİSƏ

Bakıda “Range Rover”dən oğurluq edilib.

Ucnoqta.az DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ötən il dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.

Xəbər xətti