"BMT-də Fransa Azərbaycana qarşı qətnamədə məğlubiyyətə məhkum idi"

12:00 - 1 Yanvar 2023 - SİYASƏT

"Cənubi Qafqaz regionunda ən ciddi rəqabətlərdən biri də Britaniya-ABŞ ikilisi ilə Fransa arasında gedirdi".

Bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib. Onun sözlərinə görə, Fransa ABŞ və Britaniyanın onu sıxışdırmaq kampaniyasına cavab olaraq Cənubi Qafqazda əks-həmləyə keçmişdi.

Ekspert hesab edir ki, Fransa Rusiyanın əli ilə maraqlarını təmin etmək siyasətinə girişdi. Ancaq Rusiya da Fransaya limitli hədd tanıyırdı və çox möhkəmlənməsinə icazə verə bilməzdi:

"BMT-də Fransa Azərbaycana qarşı qətnamədə məğlubiyyətə məhkum idi. Çünki Parisin əməkdaşlıq platforması uğurlu deyildi və əvvəllər də bildirdiyimiz  kimi, əsasən Böyük Britaniya Fransanın Cənubi Qafqazda zühur etməsinə imkan vermədi. 

Fransa, açıq-gizli müttəfiqi Rusiyadan da zərbə aldı. Təəccüblü heç nə yoxdur!
Qısası, Fransanın ofsaydda qalması Azərbaycan dövlətinə Yeni il üçün diplomatik hədiyyədir!".

Xəbər xətti