Rusiya Xarici İşlər Nazirliyi Laçın yolundakı vəziyyətlə bağlı açıqlama yayıb

17:33 - 30 Dekabr 2022 - SİYASƏT

Rusiya Xarici İşlər Nazirliyi Laçın yolundakı vəziyyətin həlli istiqamətində addımlar atmaqda davam edir

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Laçın yolundakı vəziyyətlə bağlı yaydığı şərhdə deyilir.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə hərəkəti üçün Laçın dəhlizinin tam fəaliyyətinin bərpasında irəliləyişin olmaması ilə bağlı narahatlığımızı bildiririk. Rusiya tərəfi, xüsusən də Rusiya sülhməramlı kontingentinin (RMK) rəhbərliyi bu vəziyyətin həlli üçün ardıcıl addımlar atmağa davam edir”, - diplomat vurğulayıb.

Rusiya sülhməramlılarına qarşı istənilən hücum və təxribatlar Ermənistanla Azərbaycan arasında nizamlanmaya zərər vurur.

Moskva Bakı və İrəvanı üçtərəfli sazişlərin bütün müddəalarına əməl etməyə çağırır.

Moskva digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına yönəlmiş Bakı və İrəvanla üçtərəfli sazişlərin tam şəkildə həyata keçirilməsinin tərəfdarıdır.

“Biz regionda nəqliyyat və iqtisadi əlaqələrin yaradılmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına və ictimai xadimlər arasında,ekspertlər və iki ölkənin parlamentariləri əlaqələrin qurulmasına, bütün üçtərəfli sazişlər kompleksinin ən yüksək səviyyədə hərtərəfli həyata keçirilməsinin tərəfdarıyıq”, - şərhdə deyilir.

Xəbər xətti