Rusiya XİN rəsmisi Ermənistan rəsmilərini fakt və sübutlar təqdim etməyə çağırdı

14:07 - 29 Dekabr 2022 - SİYASƏT

"İrəvanı ittifaq dövlətinə qoşulmağa və ekstraterritorial dəhliz verməyə “məcbur edir” fikirləri “saxtadır”"

Ucnoqta.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Ermənistanı ittifaq dövlətinə üzv olmağa məcbur etdiyini deyən Ermənistan rəsmilərini fakt və sübutlar təqdim etməyə çağırıb:

"Əgər onlar bu cür bəyanatlar verirlərsə və konkret ölkəyə qarşı iddialar irəli sürürlərsə, o zaman faktlar təqdim etməlidirlər. Onda biz əlavə şərh verə və prezidentin mətbuat katibinin artıq dediklərinə nəsə əlavə edə bilərik".

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistanın Rusiya-Belarus ittifaq dövlətinə qoşulması və öz ərazisindən Azərbaycana dəhliz verməsi üçün Moskvanın İrəvana müxtəlif vasitələrlə təzyiq etdiyini bəyan edib.

Emin

Xəbər xətti