Fransa siyasətçiləri prezident Emmanuel Makrona sərsəm çağırış ediblər
Ucnoqta.az xəbər verir ki, məktub Le Monde qəzetində dərc olunub. Onlar Ermənistanı protektorat altına almağa və Qarabağı ələ keçirmək üçün Azərbaycanı işğal etməyə çağırıblar.
Fransa siyasətçiləri açıq məktubda Makrondan “Ermənistanın təhlükəsizliyini təmin etməyi” və Qarabağı Azərbaycanın suverenliyindən çıxarmağı tələb edirlər. Sənəddəki bütün cinayətlərdə Bakı ittiham olunur.
Bu siyasətçilərin tələbində Bakıya qarşı rəsmi qınaq, Aİ və ABŞ sanksiyalarının tətbiqi, Azərbaycana BMT sülhməramlılarının göndərilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində iddia, Qarabağ iqtisadi rayonuna təcavüz, Xankəndi hava limanının qanunsuz işə salınması və Azərbaycan üçün Qarabağ səmasının faktiki olaraq bağlanması daxildir.
Qeyd edək ki, siyasətçilər arasında partiya rəhbərləri və parlament fraksiyalarının sədrləri və deputatlar var.