90-cı illərdə muxtar respublikaya çevrilən Naxçıvanın keçmiş statusu dövrün tələbi idisə, indi qələbədən sonra bütün ərazi vahidləri qanunverici orqana deyil, bilavasitə ali icra hakimiyyətinə tabe olmalıdır.
Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Zahid Oruc deyib.
“İndi növbə Xankəndidədir. Orada xüsusi nümayəndəliyin yaradılması 30 ildir İrandan, Rusiyadan, Qərbdən qərar gözləyən yerli erməni əhalisinin Konstitusiyaya, qanunlara tabe olmasına, düşmənçiliyə son qoymağa imkan verəcək”, - deyə Z.Oruc vurğulayıb.