Rusiya, Ermənistan və Azərbaycan liderləri Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində bir-biri ilə danışığı ola bilər
Ucnoqta.az xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Birinci Kanala bildirib.
O qeyd edib ki, dekabrın 26-27-də Sankt-Peterburqda keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edir.
“Formal olaraq biz üçtərəfli görüş təyin etməmişik, lakin pərdə arxasında onların bir-biri ilə danışmaq imkanı olacaq”, - Kreml sözçüsü bildirib.