Azərbaycanlı kriminal avtoriteti öldürənə ağır cəza

15:46 - 26 Dekabr 2022 - Xəbər

Məhkəmə Rusiyanın paytaxtı Moskva şəhərində 2021-ci ildə azərbaycanlı kriminal avtoritet “Albert Rıjiy” ləqəbli Əli Heydərovu qətlə yetirməkdə təqsirləndirilən 38 yaşlı şəxsə hökm oxuyub.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Paytaxt prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, qətlin motivi təsir dairələrinin yenidən bölüşdürülməsi olub.

Məhkəmə Mətləb Sultanovu ciddi rejimli koloniyada 16 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, ötən ilin aprelində Əli Heydərov paytaxtda fitnes klubunda qətlə yetirilib. Kriminal dairələrdə o, “Albert Rıjiy” kimi tanınırdı.

Emin

Xəbər xətti