Bu gün Almatıda (Qazaxıstan) Azərbaycan şahmatçılarının iştirakı ilə rapid və blits üzrə dünya çempionatı start götürüb.
Ucnoqta.az xəbər verir ki, kişilərin yarışında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Maqomed Muradlı, Vasif Durarbəyli, Aydın Süleymanlı və Abdulla Qədimbəyli çıxış edirlər.
Qadınların yarışında Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva mübarizə aparacaqlar. Yarışda ümumilikdə 281 şahmatçı iştirak edəcək. Bu gün iştirakçılar beş raund oynayacaqlar.