DYP bayram günləri ilə bağlı sürücülərə müraciət etdi

12:54 - 26 Dekabr 2022 - Cəmiyyət

"Bayramda insanların böyük əksəriyyəti alış-veriş üçün iri ticarət mərkəzlərinə üz tutacaqlar. Bu da onu deməyə əsas verir ki, bayram günləri paytaxt yolları kifayət qədər yüklənəcək. Yollarda nəqliyyatın hərəkətində sıxlıq olmaması üçün DYP əməkdaşları zəruri tədbirlər görüləcək." 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Ucnoqta.az-a bildirib. Araz Əsgərli bildirib ki, bayram günlərində DYP əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar:

"Son dövrlər xüsusən ictimai iaşə və ticarət müəssisələrinin qarşısında yolun hərəkət hissəkərində və piyada səkilərində dayanma durma tələbləri pozulur. Bu da öz növbəsində hətəkətin fasiləsizliyinə maneyə yaradır. Bir daha paytaxt sakinlərindən və şəhərin qonaqlarından yol hərəkəti qaydalarına daha ciddi yanaşmağı, süni sıxlıqlara zəmin yaradan hallardan çəkinməyi xahiş edirik.

Polis tam gücləndirilmiş qaydada bayram ərəfəsi və bayram günlərində xidməti təmin edəcək. Hər bir vətəndaşımızın rahatlığını və təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan qaydalara hörmətlə yanaşmağı xahiş edirik”.

Xəbər xətti