Cərəyan vuran “Azərişıq” əməkdaşlarından ikincisi də öldü - FOTO

09:45 - 26 Dekabr 2022 - Cəmiyyət

On gün əvvəl Ağdaşda elektrik cərəyanı vurması nəticəsində ağır xəsarət alan "Azərişıq" ASC-nin əməkdaşı vəfat edib.

Ucnoqta.az APA-ya istinadən xəbər ki, 1986-cı il təvəllüdlü Elşən Mustafayev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, təmir işləri aparan zaman elektrik cərəyanı vuran digər "Azərişıq" əməkdaşı 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyev hadisə yerində ölüb.


Xəbər xətti