30 ilə yaxın davam edən Qarabağ probleminin həllində beynəlxalq təşkilatların səsini eşitmədik - Hulusi Akar

22:55 - 25 Dekabr 2022 - SİYASƏT

Azərbaycan-Ermənistan məsələsi ilə bağlı bəzi ölkələr tərəfindən qeyri-obyektiv və qərəzli bəyanatlar verilir.

Ucnoqta.az xəbər verir ki, bunu bazar günü Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Həmişə olduğu kimi, Azərbaycan-Ermənistan məsələsi ilə bağlı qeyri-obyektiv və qərəzli bəyanatlar verilir. Lakin 30 ilə yaxın davam etmiş Qarabağ probleminin həllində həll missiyası ilə çıxış edən ölkələrin və beynəlxalq təşkilatların səsini eşitməmişik. Bu səbəbdən, indi ən qısa müddətdə fikirlərini ifadə edənlərdən soruşuruq: Bu vaxta qədər ağlınız harada idi?", - deyə Hulusi Akar bildirib.

Xəbər xətti