Peterburqda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılmayıb.
Ucnoqta.az xəbər verir ki, “İnterfaks” agentliyinə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib..
Onun sözlərinə görə, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmayıb.
Qeyd edək ki, dekabrın 26-27-də Peterburqda MDB liderlərinin qeyri-formal sammiti keçiriləcək.