Ötən gün ölkə ərazisində 58 cinayətin üstü açılıb

11:45 - 24 Dekabr 2022 - Cəmiyyət

Dekabrın 23-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

 

Xəbər xətti