“Azeri Light” nefti cüzi bahalaşdı

10:58 - 24 Dekabr 2022 - Xəbər

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,14% artaraq 87,34 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

 

Xəbər xətti