Kür çayında balıq tutmaq istəyən şəxs batdı

10:50 - 24 Dekabr 2022 - Cəmiyyət

Kür çayında balıq tutmaq istəyən şəxs batıb.

"Report"un məlumatına görə, hadisə çayın Tovuz rayonun Qədirli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1975-ci il təvəllüdlü Eldəniz Mikayıl oğlu Məmmədov Kür çayında balıq tutan zaman batıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat verilib. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hazırda onun axtarışları davam etdirilir.

Xəbər xətti