Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 263 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 89, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39, üç və daha çox doza vaksin vurduranların sayı 108, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 27 nəfərdir.