Bakıda 15 şam ağacı kəsildi

18:37 - 23 Dekabr 2022 - Cəmiyyət

Xətai rayonu, Gəncə prospekti 41 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb

Ucnoqta.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti faktla bağlı protokol tərtib edib.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, “Xətai Park” yaşayış kompleksinin həyətində köküstə quru vəziyyətdə olan 15 ədəd şam ağacının Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan “Xətai Park” MMC tərəfindən kəsildiyi müəyyən edilib.

Faktla bağlı MMC barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Xəbər xətti