"Vardanyan Azərbaycanın Qarabağ bölgəsini tərk etməlidir" - Ceyhun Bayramov

17:19 - 23 Dekabr 2022 - SİYASƏT

"Laçın yolunun Azərbaycan tərəfindən blokadaya alınması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Dinc etiraz aksiyası keçirən eko-fəallar öz tələblərini dəqiqliklə ifadə ediblər. Belə ki, onlar ekoloji terrora qarşı olduqlarını bəyan ediblər. Ermənistan ictimai rəyi manipulyasiya etməyə çalışır."

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında çıxışı zamanı deyib:

"Ruben Vardanyan Azərbaycanın Qarabağ bölgəsini tərk etməlidir. Onun fəaliyyəti cinayət və avantüra xarakteri daşıyır. Bu dərhal dayandırılmalıdır. O, bölgəni tərk etməlidir. Və nə qədər tez hamı üçün bir o qədər yaxşıdır".

Xəbər xətti