Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Ermənistna XİN başçısı Ararat Mirzoyanın üçtərəfli görüşdə iştirakdan imtina etməsinə münasibət bildirib.
Ucnoqta.az xəbər verir ki, o, erməni tərəfinin cümə günü Moskvada keçiriləcək XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirakdan imtina etmək qərarından təəssüfləndiyini bildirib.
"Bu gündən biz sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü öz ərazimizdə keçirməyə razılaşdıq. Biz bu tədbirə hazırlaşırdıq, lakin təəssüf ki, son anda erməni həmkarlarımız Moskvaya gəlməkdən imtina edib, bunu yerlərdəki vəziyyətlə izah edib.Təəssüf ki, belə bir fürsət əldən verilib”, - Lavrov bildirib.
Emin