Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb.
Ucnoqta.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov görüş zamanı deyib.
“Bu gün biz sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin öz ərazimizdə görüşünü keçirməyə razılaşdıq. Biz bu tədbirə hazırlaşırdıq, amma təəssüf ki, son anda erməni həmkarlarımız bunu yerlərdəki vəziyyətlə izah edərək Moskvaya gəlməkdən imtina etdilər. Çox təəssüf ki, bu fürsət əldən verildi”.
Ceyhun Bayramov isə bu gün məhsuldar müzakirə olacağını qeyd edib:
“Biz hər zaman ikitərəfli görüş keçirmək fürsətindən istifadə edirik. Düşünürəm ki, bizim yaxşı səmərəli müzakirələrimiz olacaq və biz münasibətlərimizin yubiley ilinə yekun vura və 2023-cü ilin əvvəli üçün bir sıra məsələləri müzakirə edə biləcəyik”.