Misirdə bir bədən və dörd qollu əkizlər dünyaya gəlib

14:27 - 23 Dekabr 2022 - MARAQLI

Misirli qadın dörd qolu və iki ayağı bir bədənli əkiz uşaq dünyaya gətirib. Uşaq Misirin Əl Mansurə şəhərində anadan olub. 

Ucnoqta.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb. Adı açıqlanmayan qadının uşaqlarının necə görünəcəyindən məlumatı olub. Onlar hamiləliyin 9-cu ayında qeysəriyyə əməliyyatı ilə dünyaya gəliblər. İki baş, iki ayaq və dörd qolu bir gövdəsi olan yeni doğulmuş körpələr həkim nəzarəti altında ixtisaslaşdırılmış xəstəxanaya köçürülüb. Uşaqların cinsiyyəti barədə məlumat verilmir.

Əkizlərin qarın boşluğunda və döş qəfəsində çoxlu ümumi orqanlar var, ona görə də onların ayrılma ehtimalı azdır. Belə bir əməliyyatdan ölüm riski çox yüksəkdir.

Pünhan

Xəbər xətti