Dekabrın 22-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən məlumat verilib. Məlumata görə, telefon danışığı zamanı Laçın yolundakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.
XİN rəhbərləri regionda filiz yataqlarının işlənməsinə dair tərəflər arasında fikir ayrılıqları səbəbindən Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyəti də müzakirə ediblər.
Sergey Lavrov Qarabağ və Ermənistan arasında Laçın dəhlizi boyunca maneəsiz kommunikasiyanın təmin edilməsinə dair üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.