Paşinyan Rusiya sülhməramlılarını tənqid etdi

12:08 - 22 Dekabr 2022 - Xəbər

Rusiya Federasiyasının sülhməramlı qüvvələri də üçtərəfli bəyanatın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib: "9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndində göstərilən öhdəlik sülhməramlılar tərəfindən yerinə yetirilmir. 

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.


Emin

Xəbər xətti