Baba və nəvəni döyən şəxsin kimliyi bəlli oldu

10:07 - 22 Dekabr 2022 - Cəmiyyət

Goranboy rayon Polis Şöbəsinə rayonun Qarasüleymanlı kənd sakinləri 1999-cu il təvəllüdlü M. Mahmudov və 1943-cü il təvəllüdlü V. Nəbiyevin döyülməsi və müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

“Araşdırmalar zamanı həmin şəxslərlə şəxsi münasibətlər zəminində dalaşaraq bədən xəsarətləri yetirən şəxsin R. Atakişiyev olması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir”, - o deyib.

 

Xəbər xətti