Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov səhhəti ilə bağlı istefa verib.
Ucnoqta.az xəbər verir ki, iclasda Ali Məclisin deputatı, Vasif Talıbovun oğlu Seymur Talıbov da iştirak edib. Naxçıvan TV-nin hazırladığı süjetdə görünür ki, Seymur Talıbov da atasının istefa qərarına səs verir. O, sol əlini qaldırır və tez də endirir.
Onun bu zaman gözüyaşlı olduğu açıq görünür.