Türkiyə Gəncəyə yeni Baş konsul təyin etdi

18:41 - 21 Dekabr 2022 - Xəbər

Türkiyə Gəncəyə yeni Baş konsul təyin edib.

"Report"un məlumatına görə, müvafiq qərarla bu vəzifəyə Rəcəb Öztop təyinat alıb.

Diplomat vəzifəsinin icrasına 2023-cü il yanvarın 1-də başlayacaq.

Qeyd edək ki, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkün səlahiyyət müddəti dekabrın 20-də başa çatıb.

Xəbər xətti