"Salyan - Avtovağzal"ı ləğv edildi

17:30 - 21 Dekabr 2022 - Cəmiyyət

"Salyan - Avtovağzal" ASC və "Salyan - Sərnişin" ASC ləğv edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat "Vergilər" qəzetində dərc olunub.

Məlumata görə, ümumi dəyəri 63 min 378 manat olan "Salyan - Avtovağzal" ASC-yə məxsus səhmlər silinərək dövriyyədən çıxarılır. ASC-nin 9 min 384 manat vergi borcu var.

Bundan başqa, "Salyan - Sərnişin" ASC-nin ləğv olunması ilə ASC-yə məxsus dəyəri 319 min 500 manat olan səhmlər də silinərək dövriyyədən çıxarılır.

"Salyan - Sərnişin" ASC-nin vergi borcu yoxdur.

///apa.economics

Xəbər xətti