Yüksək təzyiqə qarşı dərman kimi təsirlidir!
Ucnoqta.az xəbər verir ki, çuğundur sağlamlıq üçün çox faydalıdır. Ondan çiy, qovrulmuş, turşu, pürə və ya çuğundur şirəsi kimi istifadə edə bilərsiniz.
Həm faydalıdır, həm də asanlıqla istehlak edilir. Lakin çuğundur suyu sıxıldıqda onun orqanizmə təsiri çuğunduru yeməkdən fərqli ola bilər. Bir stəkan çuğundur suyu ilə eyni effekti əldə etmək üçün orta insanın bir anda yeyə biləcəyindən qat-qat çox çuğundur lazımdır. Antioksidantlar, nitratlar, vitaminlər və minerallar çuğundur suyunda daha çoxdur. Ancaq çuğundur suyunda yeyəcəyimiz çuğundurdan daha az lif olur.
Çuğundur təzyiqi aşağı salır, xolestrolu azaldır, orqanizmin müqavimətini artırır.
Pünhan