"Əmək kitabçaları ləğv olunacaq" - Sahil Babayev

11:15 - 21 Dekabr 2022 - Cəmiyyət

“Növbəti ildən bütün müqavilələr elektron platforma üzərindən imzalanacaq”.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkədə 2-ci dəfə keçirilən Azərbaycan Karyera İnkişaf Forumunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, növbəti ildə bu, qanunvericilik qaydasında tətbiq ediləcək: "Bu ilin sonuna qədər 140 xidmət elektron platforma üzərindən vətəndaşlara təqdim ediləcək. Gələcəkdə xidmətlərimizin 90 faizi tam elektronlaşdırılacaq. Bunun böyük hissəsini məşğulluq xidmətləri təşkil edir. Bütün əmək müqavilələri elektron platforma üzərindən imzalanacaq. Növbəti ildə bunu qanunvericilik qaydasında da təsdiq etməyə başlayacağıq. Beləliklə kağız əmək kitabçalarına ehtiyac qalmayacaq".

Xəbər xətti