Biz Estoniya XİN-in Azərbaycanın Qarabağını köhnəlmiş sovet adı ilə adlandırmasını rədd edirik.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə bildirib.
“Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırmasını qəbuledilməz hesab edirik. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. “Blokada”da avtomobillər keçərsə, yol necə bağlanır?”, - XİN qeyd edib.