"Müharibə olsa İrəvan Suriyaya çevriləcək" - Erməni politoloq

10:05 - 17 Dekabr 2022 - SİYASƏT

Hazırda Qarabağda Rusiya əlindən gələni edir

Ucnoqta.az xəbər verir ki, bunu “Alternativ layihələr” qrupunun eksperti, politoloq Vahe Hovhannisyan Ermənistan News-NEWS.am-in müxbirinə müsahibəsində deyib. Ekspert xatırladıb ki, Rusiya Federasiyası Qərblə ağır müharibə vəziyyətindədir, məhdud resurslar problemi var:

“Bundan başqa, Rusiya vasitəçidir və münaqişənin tərəfi ola bilməz. Rusiya münaqişənin tərəfinə çevrilərsə, Türkiyə də münaqişənin tərəfinə çevriləcək, Qərb də. Suriyaya çevriləcəyik. Bizim məqsədimiz sülhdür, Ermənistanın Suriyaya çevrilməsi deyil. Biz istəsək ki, burada müharibə olsun, o zaman İrəvan Dəməşqə və Hələbə çevriləcək”.

Emin

Xəbər xətti