Məbləği 15 min manatdan çox olan bu məhsulların pulu kartla ödəniləcək

15:40 - 16 Dekabr 2022 - Xəbər

Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısının yalnız nağdsız qaydada həyata keçiriləcək həddi müəyyənləşdirilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni - 3.4.15-cü maddədə əksini tapıb.

Qanun layihəsinə əsasən, bu məhsulların məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Qanun qəbul ediləcəyi halda 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.///qafqazinfo

 

Xəbər xətti