Ötən sutka 16 nəfər xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 16 nəfər xilas edilib, 50 nəfər təxliyə olunub, yanğın zamanı 3 nəfər xəsarət alıb. Həmçinin, Abşeron rayonu, Görədil kəndində yolsuzluq şəraitində köməksiz vəziyyətdə qalan təcili tibbi yardım avtomobili xilasedicilər tərəfindən xilasetmə texnikasının yedəyinə alınaraq təhlükəsiz əraziyə çıxarılıb.

​Bundan əlavə, 09.12.2022-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 160 kvadratmetr olan ikimərtəbəli dördotaqlı evdə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində partlayış baş verib. Partlayış dalğasının təsirindən evin 1-ci mərtəbəsində 1 otağın divarı uçub, pəncərələri qırılıb. Yanğın hadisəsi olmayıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Tarix
10 Dekabr 2022 [12:47]
Müəllif
Üç nöqtə
2022-12-10 12:47:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin