"İran Rusiyaya minlərlə dron verməyə razılaşıb" - KİV

11:23 - 10 Dekabr 2022 - DÜNYA

İran Rusiyaya 6000-dək dron verməyə razılıq verib. 
 
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb. Məlumata görə, NATO və ABŞ-ın digər müttəfiqlərinin təhlükəsizlik rəsmiləri bildiriblər ki, keçən ay əlavə dron satışı Rusiya və İranın hərbi və diplomatik rəsmiləri arasında azı iki görüşdə müzakirə olunub.

Danışıqların təfərrüatları barədə məlumat verən yüksək rütbəli hərbi rəsmilərdən biri İranın Ukraynanın mülki infrastrukturuna hücumlarda Rusiyanın yaydan bəri istifadə etdiyi və bir çoxu “Şahid” tipli olan 6 minə qədər dron tədarük etməyə razılaşdığını açıqlayıb.

Xəbər xətti