Məktəbli sinif yoldaşının atası tərəfindən döyülüb?

Abşeron rayonu, Masazır qəsəbəsində 8-ci sinif şagirdi M.Şirinovun döyülməsi ilə bağlı araşdırma başlayıb. 

Ucnoqta.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, artıq övladının sinif yoldaşının atası tərəfindən döyüldüyünü deyən valideynlə qarşı tərəfin izahatları alınıb:

“Məktəblinin sinif yoldaşının atası və digər şəxslər tərəfindən döyülməsi ilə bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən təhqiqat araşdırması aparılır. Tərəflər polis orqanına dəvət olunmaqla izahatları alınıb. Hadisə zamanı alınan xəsarətlərin dərəcəsini müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir”.

Qeyd edək ki, məktəblinin valideyni oğlunun dünən təhsil aldığı orta məktəbdən qayıdarkən hücuma məruz qaldığını deyir:
“Oğlum M.Şirinov evə qayıdarkən dayanacaqda bir maşın saxlayıb. İçərisindən düşən üç nəfər küçənin ortasında, hamının gözü önündə uşağı möhkəm döyüblər. Yerə yıxıb sürüyərək, təpik və yumruqla çırpıblar, zorla maşına mindirmək istəyiblər. Dünən xəstəxanada uşağın yarılmış qaşına tikiş düşüb. Bədəni gömgöydür. Uşağı döyənlər onun sinif yoldaşının atası və digər şəxslər olub. Səbəb də uşaqların məktəbdəki mübahisəsi olub”.

Tarix
9 Dekabr 2022 [21:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-12-09 21:01:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin