Ən sürətli və ən bahalı “Ford” – 200 min dollardan bahadır

20:16 - 9 Dekabr 2022 - AVTO

ABŞ-da yeni Ford Mustang Shelby GT500 Code Red təqdim olunub. 

Avtomobilin qiyməti 209 995 dollardan başlayır. 

Ford Mustang Shelby GT500 Code Red standart 5,4 litrlik V8-ə malikdir və mexaniki kompressor əvəzinə iki Kona turbini var. 

Mühərriki 760 at gücündədir. 100 kilometr/saat sürət götürməsi təxminən 3 saniyə çəkir. Maksimal sürət 300 kilometr/saatdan çoxdur.

Avtomobil yeddi pilləli robot sürət qutusuna malikdir. İstehsalçı onu təkmilləşdirib. Həmçinin avtomobildə ən son ox valları, tənzimlənən asma yayları və amortizatorlar var.///lent.az

Xəbər xətti