Dəmiryol relslərini kəsənlər saxlanılıb

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində axşam saatlarında dəmir yol relslərini kəsərək aparmaq istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Şirvan-Çeşidləmə mənzilinin 48-ci kilometrliyində, dəmir yolunun yaxınlığında 3 ədəd dəmir yol relsini kəsərək yük avtomobilinə yükləyən zaman üç nəfər şəxs saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakinləri A.Hüseynov, C.Səlimov və E.Səlimov olduqları müəyyən edilib.

Həmin şəxslər maddi sübutla birlikdə Şirvan stansiya Xətt Polis Bölməsinə gətiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
9 Dekabr 2022 [20:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-12-09 20:01:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin