"Azəristiliktəchizat" bəzi məktəblərə istilik verilməməsinə münasibət bildirib

“25 gündür payız-qış mövsümünün başlayıb və “Azəristiliktəchizat” ASC ölkəmizin 60-a yaxın şəhər və rayonunda 184 minə yaxın mənzil, 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə müəssisəsi və 2230 digər sosial və təsərrüfat obyektlərini istiliklə təmin edir. Bizdən asılı olan və olmayan səbəblərdən yaranan problemlərin həllinə, o cümlədən də həm ictimaiyyət, həm də media nümayəndələrinin qurumumuza ünvanladığı müraciətlər dərhal nəzarətə alınır, suallar cavablandırılır”.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat"ın mətbuat katibi Elvin Basqallı məlumat yayıb. O qeyd edib ki, “Azəristiliktəchizat” ASC heç də ölkədə mövcud bütün yaşayış və qeyri-yaşayış binalarının istiliklə təminatına məsul deyil:

“Son günlər bəzi KİV-lərdə Bakının Kürdəxanı qəsəbəsində yerləşən Ağdam şəhər 38, Ağdam şəhər 39, Füzuli şəhər 45 və Şuşa şəhər 7 nömrəli məktəbdə istilik verilməməsi ilə bağlı mövcud problemə toxunmaq istəyirik. Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsindən bilirilib ki, sözügedən məktəblərin fərdi qazanxanası yoxdur: “Qəsəbənin qazanxanasına bağlıdır. İstilik problemi də ümumilikdə qəsəbədə yaşanan problemdir. "Azəristilik" hazırda bu problemi aradan qaldırmağa çalışır. Söz veriblər ki, məsələ həllini tapacaq. Dünən həmin məktəblərə qismən istilik verilib. Amma işlər hələ davam edir”. 

Hörmətli media və ictimaiyyət nümayəndələrinin diqqətinə çatdırmaq istəyirik ki, sözügedən orta məktəblərin qazanxanaları “Azəristiliktəchizat” ASC-nin balansında deyil və aydın məsələdir ki, balansımızda olmayan, bizim istismar etmədiyimiz qazanxanalarla bağlı da qurumumuza heç bir aidiyyəti yoxdur”.

Tarix
9 Dekabr 2022 [18:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-12-09 18:34:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin