Cəlilabadda azyaşlı dərmandan, qadın isə naməlum maddədən zəhərlənib

17:16 - 9 Dekabr 2022 - HADİSƏ

Cəlilabad rayonunda azyaşlı dərmandan, qadın isə naməlum maddədən zəhərlənib.

"Report"un məlumatına görə, hadisələr rayonun ayrı-ayrı kəndlərində qeydə alınıb.

Belə ki, Bəcrəvan kənd sakini 3 yaşlı G.Abasova qəbul etdiyi dərmandan zəhərlənib.

Daha bir analoji hadisə isə rayonun Kövüzbulaq kəndində baş verib. Belə ki, kənd sakini 1976-ci il təvəllüdlü R.Ağayeva naməlum maddədən zəhərlənib.

Hər iki şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Ağayeva reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti