Dövlət sərhədini qanunsuz keçmək istəyən Hindistan vətəndaşı saxlanıldı - FOTO

Dekabr ayının 09-da saat 01:45-də Dövlət Miqrasiya Xidməti ilə birgə həyata keçirilmiş tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan Respublikasından Gürcüstan Respublikası istiqamətində keçməyə cəhd edən Hindistan Respublikası vətəndaşı 1998-ci il təvəllüdlü Ponnaganti Ayyappa Reddy oğlu saxlanılıb.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Unoqta.az-a verilən xəbərə görə, araşdırma zamanı saxlanılan şəxsin rəsmi qaydada ölkə ərazisinə gəlməsi, daha sonra dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
9 Dekabr 2022 [15:35]
Müəllif
Üç nöqtə
2022-12-09 15:35:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin