Qadın yataq otağının qapısından özünü asdı

15:24 - 9 Dekabr 2022 - HADİSƏ

Qusarda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun İmamqulu kəndində qeydə alınıb. Kənd sakini 56 yaşlı Səfərova Həvizə Nəbiyulla qızı yaşadığı evin birinci mərtəbəsində yerləşən yataq otağının qapısından özünü asaraq, həyatına son qoyub.

Onun hansı səbəbdən özünü öldürməsi isə hələlik bilinmir.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Xəbər xətti