Qətlə yetirilən 16 yaşlı Turalın atası ilə anası arasında MÜNAQİŞƏ – Nə baş verir?

Ötən ay qətlə yetirilən 16 yaşlı cüdoçu Tural Rüstəmovun anası Sevinc Xəlilova zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmayıb.

Ucnoqta.az Sfera.az-a istinadən xəbər verir ki, S. Xəlilovanın vəkili Mehman Muradlının sözlərinə görə, buna səbəb olaraq atası Rəsulov Zəkinin daha tez müraciət etməsi göstərilib:

“Atanı nə vaxt hüquqi varis kimi qəbul etdiklərini soruşduqda, dekabrın 5-i tarixini göstərdilər. Ancaq ayın 5-i mən də ərizə vermişdim, müstəntiq orada yox idi. Həmin gün dəfələrlə müstəntiqin iş otağına zəng etmişdim, gəlmədiyini bildirmişdilər. Müstəntiq işdə olmadığı halda atanı necə hüquqi varis kimi tanıya bilər? Müstəntiq mənə deyir ki, siz ayın 5-i ərizə versəniz də, mənə dəftərxanadan ayın 6-da çatdırılıb. Ancaq mən dəftərxana ilə ayın 6-sı da, 7-si də əlaqə saxlamışdım. Mənə ərizənin təqdim olunduğu deyilirdi. Dəfələrlə zəng etsəm də müstəntiqlə əlaqə yarada bilmirdim.”

Vəkilin sözlərinə görə, Sevinc Xəlilova və Zəki Rəsulov ayrıldığından mərhum Tural Rüstəmov 1 yaşından anası Sevinc Xəlilovanın himayəsində olub:

“Ayrı-ayrı yerlərdə yaşayıblar. Ata faktiki olaraq öz valideynlik hüququnu həyata keçirməyib. Ailə Mingəçevirdə kirayədə yaşayıb və ata onlarla maraqlanmayıb”.

O da məlum olub ki, Sevinc Xəlilova Zəki Rəsulovla 15 yaşında ailə qurub. 17 yaşında ilk övladları, 19 yaşında isə ikinci övladı mərhum Tural Rüstəmov dünyaya gəlib. Turalın bir yaşı olanda Zəki Sevinci evdən qovub və Sevinc ata evinə sığınıb. Bir il sonra qadın məhkəməyə boşanma ərizəsi verib və 2008-ci ildə rəsmi olaraq ayrılıblar. Sevinc Mingəçevirdə işləyib və oğlu Tural da Mingəçevirdə məşqlərə getdiyindən ana və övladı hər gün Yevlaxldan Mingəçevirə getmək zorunda qalıblar. Sonradan isə Turalın məşqləri intensiv hal aldığından Mingəçevirdə kirayədə yaşamağa başlayıblar. Ata Zəki Rəsulov isə hər uşağa 100 manat olmaqla övladlarına 200 manat aliment ödəyib.

 

Tarix
9 Dekabr 2022 [14:55]
Müəllif
Üç nöqtə
2022-12-09 14:55:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin