Azərbaycanda baş həkimi hədələyib PUL İSTƏDİLƏR

14:06 - 9 Dekabr 2022 - HADİSƏ

Azərbaycanda xəstəxananın baş həkiminə hədə-qorxu gələrək pul tələb ediblər.

Lent.az-ın məlumatına görə, hadisə Ucar rayonunda baş verib.

Ucar rayon Mərkəzi Xəstəxananın baş həkimi Zeynal Bayramlı polisə müraciət edərək rayon sakini Bəxtiyar Kərimovun ona hədə-qorxu gələrək 1000 manat pul tələb etməsini bildirib.

Daxil olan şikayət əsasında Ucar rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər xətti