Neft qiymət ziqzaqı

12:27 - 7 Dekabr 2022 - İQTİSADİYYAT

Brent markalı neftin fyuçersləri dekabrın 6-da 4,03% ucuzlaşaraq 11 ayda ilk dəfə bir barel üçün 80 dollardan aşağı düşüb.

Ucnoqta.az xəbər verir ki. bu, həm də bu ilin sentyabr ayının sonundan bəri ən böyük gündəlik eniş idi. Sessiyanın yekunlarına görə, neftin bu növünün qiyməti 79,35 dollar təşkil edib.

Bazarda ucuzlaşmaya ABŞ-la bağlı güclü statistika səbəb olub - bazar ertəsi açıqlanan məlumatlar göstərdi ki, ABŞ-ın xidmət sektorunda aktivlik noyabrda gözlənilmədən 53,3 bəndədək azalma proqnozuna qarşı 56,5 bəndədək artıb.

Qeyd edək ki, bu gün Londonun İCE birjasında Brent markalı neftin bir barreli  saat 11:48-ə olan məlumata görə 84.27 dollara satılır.

Pünhan

Xəbər xətti